Elcin написал(а):Hər userin bu suala cavab verməsini istərdimmmm...
Bəxtiyar Vahabzadənin şeirini oxuyarkən bu sual formasında olan cümlə xüsusilə yaddaşıma həkk olunub ...Sizə də bu sualı vermək istərdim eynilə..Olduğu kimi ...
HARA GEDİR SABAHIMIZ...?
Теги: HARA GEDİR SABAHIMIZ...?
Bu sualı Zirəddin Rzayevə vermək olsa idi ... Bu yaxınlarda məşur ekstrosens Volf Messinq haqqında filmə baxdım. Orada Stalin Messinqdən soruşur - Bu müharibədə kim qalib gələcək? Messinq fikrini cəmləyir, tər axıdır, titrəyib gələcəyi "görür" və deyir 1943-cü ildə Stalinqrad döyüşündə Sovet Ordusu faşistləri dağıdacaq, 1945-ci ilin may ayında isə bu müharibə qələbə ilə bitəcək. Əlbəttə bu hamısı uydurmadır, fantastik əsərdir - insan heç vaxt bilmir - bir saatdan sonra onun başına nə gələcək. Necə bilmək olar ki, HARA GEDİR SABAHIMIZ?
Yaxşısı budur ki, soruşaq - SABAHIMIZI NECƏ GÖRMƏK İSTƏRDİNİZ? Bu sualada cavab vermək üçün köynəyinə göz muncuğu taxasan gərək. Çünki əsrlər boyu insanlar gələcəyi İŞIQLI görmək istəmişlər, lakin heç vaxt buna nail olmamışlar indiyə kimi.