VƏTƏNPƏRVƏRLƏR
BİZİM SAYTLA TANIŞ OL !

Vətənpərvərlər.hostenko.com

Информация о пользователе

Привет, Гость! Войдите или зарегистрируйтесь.


Вы здесь » Vətənpərvərlər.hostenko.com » Siyasət | Политика » Azərbaycan siyasəti


Azərbaycan siyasəti

Сообщений 1 страница 4 из 4

1


AZƏRBAYCAN SİYASƏTİNİN “QIRĞILARI” VƏ “GÖYƏRÇİNLƏRİ”
Сентябрь 23, 2012 - SİYASƏT

http://s1.uploads.ru/t/aLPUV.jpg

Arezident İlham Əliyev diplomatik orqan rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədəki çıxışında bir sıra əhəmiyyətli məqamlara toxundu. Prinsip etibarilə, dövlət başçısının çıxışını proqram nitqi də hesab etmək olar. İ.Əliyev Azərbaycanı təmsil edən səfirləri işlədikləri ölkələrdə mətbuat və vətəndaş cəmiyyətləri institutları ilə daha fəal işləməyə çağırdı. Prezident məruzəsində Qərb dünyasına mesajlar da verdi — Azərbaycan həmin ölkələrə yatırımlar yatırmağa hazırdır.

Ən maraqlı məqam isə ondan ibarət idi ki, İ.Əliyev artan beynəlxalq təzyiqlər fonunda ictimai birliyə nail olmaq barədə çağırışlar etdi. Lakin dövlət başçısı opponentlərini iqtidarın qəbul etdiyi oyun şərtlərinə əməl etməyə səslədi və Fəvvarələr meydanındakı aksiyalara cəhdlərin bir daha təkrarlanmaması ilə bağlı mesajlarını verdi. Bir sözlə, “beynəlxalq təzyiqlərə davam gətirmək üçün birgə bəyanat imzalamaq və yalnız razılaşdırılmış ərazidə mitinq keçirmək lazımdır”, mesajı verildi.

Azərbaycanı tənqid edən beynəlxalq güclərə qarşı mübarizədə müxalifət və iqtidar bir cərgədə dayanmalıdır çağırışını dolayısı ilə olsa da edən prezident İ.Əliyev ona da işarə vurdu ki, opponentləri üçün tənqidləri müdafiə etmək əks effekt verəcək. Rəsmi Bakıya ünvanlanan tənqidlərdə konstruktivlik nümayiş etdirmək isə müxalifətə dividentlər vəd edə bilər.

Ümumiyyətlə, bu məsələ son zamanlar ciddi müzakirə predmetinə çevrilib. İqtidara doğru bircə addım atmaq Azərbaycan müxalifətini iki düşərgəyə böldü. Şərti olaraq onları siyasətdə “göyərçinlərə” və “qırğılara” bölmək məqbul hesab olunur.

Öncədən qeyd edək ki, böyük siyasət manevrlər tələb edir. Siyasi mübarizə heç bir halda düz xətt üzrə inkişaf edə bilməz. Türkiyənin keçmiş prezidenti mərhum Turqut Özal demişkən “böyük siyasət küçələrdə həll oluna bilməz”. Digər tərəfdən, siyasi liderlər atdıqları addımlara görə heç də dərhal hesabat verməli deyillər. Onların hansısa hesablanmış addımları ola bilər və fəndlərini de — şifrə etmək ciddi siyasətçiyə yaraşmaz.

Başqa bir yandan, “qiğılar”ın hər addımbaşı ultra-radikal bəyanatlarla çıxış etməsi, az qala hər manevri xəyanət kimi dəyərləndirməsi siyasi naşılıqdan xəbər verir. Resurslardan məhrum edilən, geosiyasi amillərə görə beynəlxalq dəstəyi olmayan siyasətçilərdən daha çox radikallıq tələb etmək yaranmış vəziyyəti düzgün təhlil edə bilməməkdən yaranır. Azərbaycan müxalifətinin zaman — zaman üzləşdiyi problemim kökündə digər amillərlə yanaşı, bolşevizm meylləri də dayanır.

Seçkilərə az bir zaman qalmış iqtidarı “linç edəcəkləri” ilə hədələyənlərin fonunda müxalifət liderlərinin “biz hakimiyyətdə olanlara düşmən kimi baxmırıq”, deməsini iqtidarın müqavimətini, aqressiyasını zəiflətməyə yönəldilən jest kimi dəyərləndirmək daha düzgün olardı. Burada “barışmazlıq donu geyinmək” yalnız fəsadlar törədə bilər.

Daha bir məqam gənc siyasətçilərin siyasət barədə romantik düşüncədən əl çəkə bilməmələridir. Azərbaycan kimi demokratik təsisatların oturuşmadığı ölkələrdə “ağ əlcəklərlə” siyasətlə məşğul olmağın nə demək olduğunu anlayan varmı?

Lakin digər tərəfdən, radikal mübarizə müstəvisində iqtidara qalib gəlməyin qəlizliyi “ağ bayraq” qaldırmaq zəruriliyi deyil, kiçik bir zaman üçün manevr imkanı yaratmalıdır.

Hazırda iki addım qabağa getmək üçün müxalifəti bir addım geri çəkilməyə nə vadar edə bilər? Şübhəsiz ki, ortada geniş ictimaiyyətə bəlli olmayan səbəblər var və YAP-müxalifət görüşü də məhz bunun nəticəsidir. Lakin burada bir məqama diqqət yetirmək lazım gəlir. Siyasi anlaşmalara görə tərəflər nə əldə edir? İlkin təsəvvürlərə görə, rəsmi Bakı beynəlxalq təzyiqləri səngitmək üçün vaxt qazanmış və siyasi opponentlərinin xidmətindən yararlanmış olur. Diasporamızın da bu prosesə qoşulması Azərbaycan hakimiyyətinə son dərəcə zəruri olan ölkədaxili birlik formatını əldə etməyə yardım etmiş olur.

Bəs müxalifət bu yaxınlaşmadan nə əldə edə bilər? Əgər, söhbət bir-iki müxalifətçinin azad olunmasından, yaxud hansısa siyasi liderin texniki probleminin həllindən gedirsə, bu uğursuz oyun kimi dəyərləndirilə bilər. Əgər söhbət, beynəlxalq güclərin də qatıldığı “islahatlar zərfi”nin işə düşməsindən gedirsə, bu barədə düşünməyə dəyər.

Yaranmış vəziyyət və dövlət başçısının müşavirədəki çıxışı hakimiyyətin islahatlarda həvəsli olmadığını üzə çıxarır.

Əgər konkret və aydın görünən məqsədlər yoxdursa, beynəlxalq təşkilatlarla münasibəti korlamaq müxalifətə ağır zərbə vura bilər.

İ. Əliyev adıçəkilən nitqində komandasını birliyə səslədi. Bu parçalanmaq təhlükəsinə qarşı edilən profilaktik addım kimi də dəyərləndirilə bilər.

Son görüş müxalif düşərgəni silkələmiş oldu. Bu baxımdan artıq indidən seçki bloklarının yaradılması və qarşılıqlı ittihamlardan çəkinmək öhdəliyi götürməyin zamanı çatıb. Müxalifət düşərgəsində olan “qırğı”ların sosial şəbəkə müharibələrinin miqyası böyüməmiş bunu etmək lazım gəlir. Sonra çox gec ola bilər..

http://www.teref.info/archives/7591

0

2

Axı hamı bilir ki, "muxalifət" sovetlər vaxtı DTK terefinden, sonralar ise MTN terefinden yaradılib maliyyelenir. Əliyev hakimiyyeti son günlərini yaşamaqdadır, artıq Azərbaycan "ərəb baharı" siyahısına salınıb. Əliyev rejimi böhran içindədir, hər tərəfdən dağılır, hərə bir tərəfə çəkir. Artıq yalançı muxalifete ehtiyac yoxdu. Avropa Şurasına cavabı Przedent sarayında yazılıb və heç bu muxalifət partiyalarinin xəbəri olmadan onların adından bəyan edilib. Musavat, AXCP və o biri "imza atan" partiyaların və onların rəhbərliyinin xəbələri belə olmayıb. Əliyev hamını "bağaja qoyub" ki, guya "ərəb bahari" bunu görüb "qorxacaq" və Əliyevdən kənar keçəcək.  :rofl:  Amma xeyri yoxdur, prtlayışın vaxtı təyin olunub və saat tıkkıldayır. İndi isə sonradan bəraət qazandırıllar. Elə bu məqalənidə PA yazıblar və imza qoyublar "musavat".  :cool:

Mimi hamıdan aqıllıdı :

               

   Eh... Gördük də radikal müxalifəti... Gəlmişdilər də hakimiyyətə 90-cı illərdə... Küçəyə çıxmaq da olmurdu...

0

3

Hokumetin hemise ozune muxalifet duzeldir, radikal muxalifet ve demokratik muxalifet . Belelikle ucbucaq alir,yeni piramida ve ehalini piramidanin icine yerlesdirirler.Bu piramidanin icindeki,insanlar ele bilirlerki,onlarin azad secimi var,kim isteyir radikal muxalifet,kimisi ise demokratik muxalifet,kimisi ise hokumeti destekleyir.Bu partiyalar eyni 'KOSELYOKDAN' ,muxtelif adamlar vasitesi ile maliyilesdirilir.Eger kimse bu piramidanin icinde bunun oyun oldugunu basa dusurse ,tez onu hebsxanaya atirlar ( neceki Suret Huseyinovu hebs etdiler) basa dusen adamlara qarsi hokumetde,muxalifetde dusmancaliq edir.

0

4

Рафаил написал(а):

Hokumetin hemise ozune muxalifet duzeldir, radikal muxalifet ve demokratik muxalifet . Belelikle ucbucaq alir,yeni piramida ve ehalini piramidanin icine yerlesdirirler.Bu piramidanin icindeki,insanlar ele bilirlerki,onlarin azad secimi var,kim isteyir radikal muxalifet,kimisi ise demokratik muxalifet,kimisi ise hokumeti destekleyir.Bu partiyalar eyni 'KOSELYOKDAN' ,muxtelif adamlar vasitesi ile maliyilesdirilir.Eger kimse bu piramidanin icinde bunun oyun oldugunu basa dusurse ,tez onu hebsxanaya atirlar ( neceki Suret Huseyinovu hebs etdiler) basa dusen adamlara qarsi hokumetde,muxalifetde dusmancaliq edir.

:cool:     Hamısı bir mərkəzdən idarə olunur!

0


Вы здесь » Vətənpərvərlər.hostenko.com » Siyasət | Политика » Azərbaycan siyasəti


Рейтинг форумов | Создать форум бесплатно