Vətən məhəbbəti.    

            Vətəndən bəzi səbəblərə uzaq düşən qarabağlılar bəlaya girifdar olan vətəndaşlarının əhvalını hər bir vasitə ilə yoluxub izhari-məhəbbət və təəsüf etməkdədilər.
                          Peterburq dərülfünunun tələbələrindən biri Qarabağ ermənisi “Novoye vremya” qəzetində üzünü Şuşa şəhərinə tutub deyir: “Ax, mənim qardaşlarım, yox olaydı o gün və o saat ki, mən vətəndən uzaqlaşdım, niyə mən bilmədim ki, siz belə bir dərdə dücar olacaqsınız? Niyə mən orada olmayaydım ki, sevgili qardaşlarıma əlimdən gələn qədər köməklik göstərib məzlumlara təsliyyət verəydim! Ax! Bu sözləri yaza-yaza uşaq kimi ağlayıram, dəxi səbr edə bilməyib əvvəlinci dəmir yol qatarı ilə gəlirəm vətənə!”
                          Qarabağ əhalisindən vətən qardaşlarının halına yananların ikincisi Şuşa qalası şahzadələrindən prins Seyfulla Qacar cənablarıdır. Müşarileyh “Tiflisskiy listok” qəzetinin 160-cı nömrəsində bu məzmunda bir məktub göndərib:  “Cənab mühərrir, təvəqqə edirəm sizin sevgili qəzetinizdə mənim bu məktubuma yer verəsiniz: sizin qəzetinizin 156-cı nömrəsində Şuşa əhvalatı xüsusunda belə yazılıb ki, guya Şuşada yanan evlərin biridə şahzadələrin evidir ki, müsəlmanlar haman evi dava mövqeyi etmişdilər. Mən qorxdum ki, bu xəbəri hərə bir cür başa düşə və bu səbəbdən məlum edirəm ki, şahzadələrin atası mərhum Bəhmən Mirzə 1884-cüildə vəfat edəndən sonra onun oğlanları başladılar yavaş-yavaş Qarabağdan hərə bir yana köçməyə. Çünki Şuşa şəhərində elə bir ləzzət yoxdur ki, insan orada qalsın, vaqeənŞuşa qalası ürək sıxan şəhərlərin ürək sıxanıdır. Həmin vaxtdan indiyə kimi şahzadələr vətəndən bilmərrə köçüb Rusiya dövlətinin hərbi qulluğunda xidmət etməkdədirlər. Əvvəl-axır şahzadələrdən Şuşada bir ailə qalmışdır ki, o da şəhərdə əvvəl dəfə erməni-müsəlman davası düşən kimiköçüb Vladiqafqazda yaşayır. Sonra şahzadələrin evləri şəhərdə boş qalmışdı, onu da ki, yandırdılar və yandırandan sonra özləri üçün mövqe etdilər. Dəxi biz nə eleyek?
      Müxlisiniz şahzadə Seyfulla Qacar”.
      Bu gürcü milləti çox sırtıqdır..........
Xülasə... Bağışlayınız, başağrısı verdik.

Отредактировано Arif Isa ogli (2012-09-18 09:12:41)