http://s1.uploads.ru/t/KbeYB.jpg
Sürət Hüseynov Azərbaycanın Milli Qəhrəmanı və Kecmiş Baş Naziri.Qısa tərcümey-hal
Onun cəmi 33 yaşı var idi.1959-cu ildə anadan olub, Azərbaycan Texnologiya İnstitutunu bitirib. İlk əmək   fəaliyyətinə 1980-ci ildə fəhləlikdən başlayıb. Öz işküzarlığı ilə pilə-pilə şöhrət cələnginə doğru adımlayıb.Əvvəlcə Gəncə Mahud Kombinatında usta köməkcisi, operator köməkcisi kimi irəli cəkilib. 1984-cu ildən Şəki tədarük idarəsində ceşidələyici, iki ildən sonra Yevlax ilkin yun emalı Fabrikində baş nəzarətci,sonra sex rəisi işləmişdir.1989-cu ildə  Fabrikin əməkciləri onu özlərinə direktor secmişdilər.Gənc istesalatcı bu vəzifədə özünün nəyə qadir olduğunu göstərmiş, qısa vaxtda müəssənin həyatında böyük dəyişikliklər və yeniliklər baş vermişdir.

Bu,o zaman idi ki, respublikanın ictimai-siyasi həyatı qaynar qazana dönmüşdü.20 yanvar faciəsi baş vermişdi.Bir tərəfdən erməni millətciləri, daşnakları Qarabağ! deyə-deyə müharibə alovlarını qızışdırır, bir tərəfdən də Milli azadlıq hərəkatı vüsət alırdı.

Hadisələrin bu coşqun dağları gənc Sürət Hüseynovu da mübarizə meydanına atdı. Xalq öz vətənpərvər, qeyrətli oğlunu özünə deputat secdi.1992-ci ilin fevralında o,Azərbaycan Respublikasının Baş Nazirinin müavini təyin. Azərbaycan Respublikası prezidentinin Qarabağ üzrə sələhiyətli nümayindəci təyin edildi.Azərbaycanın Milli ordusunun yaradılmasında böyük səy və zəhməti  olmuşdu. Ordumuz Goranboy,Ağdərə bölgələrində ilk uğurlu əməliyyatlarını kecirdi.Uğurlu əməliyyatlardan sonra Müdafiyə Nazirliyi tərəfindən  002 Ordu Korpusu yaradıldı və Sürət Hüseynov komandan təyin edildi.  Sürət Hüseyno Azərbaycan Milli Qəhrəman adına laiq görüldü eyni zamanda Sürət Hüseynov beş vəzifənin öhtəsindən gəlirdi. Yevlax Yun İlkin Emalı və Tədarükü Birliyinin Baş Direktoru, Azərbaycan Ali Sovetinin Deputatı, Azərbayca Respublikasının  Prezidentin Dağlığ Qarabağ Üzrə Səlahiyətli Nümaəndəsi,Baş Nazirin Müavini, 002 Odru Korpusunun Komandanı birtaha xatırladaq ki, bu zaman onun 33 yaşı var idi.

Sürət Hüseynovun Komandanlığı nəticəsində Dağlığ Qarabağda qanunsuz erməni silahlı birləşmələrindən ikiyüz iyirmi (220) yaşayış məntəqəsi azad edilib, o cümlədən  iki Şəhər tipli Rayon mərkəzi Şaumyan(Ağcəkənd) və Ağdərə (Mardakerd).

Dağlığ Qarabağda 460 yaşayış mətəqəsindən 220-si azad edilib ərazi baxımından Dağlığ Qarabağın 3/2 deməkdir.

Теги: Sürət Hüseynov